Region filialları (Qəbələ,Salyan,Şəki,Şamaxı,Şabran,Ağdaş) üçün Satış məsləhətçisi və 3-cü və 2-ci kateqoriyalı Kredit Mütəxəssisi
Bütün Filiallar
29.01.2026 - 07.02.2026
GL ASC (Sizin Lombard), Region filiallarında çalışmaq üçün Satış məsləhətçisi və 3-cü kateqoriyalı Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifələr:
Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Təhsil səviyyəsi - Ali
Fərdi və komanda şəklində işləmə bacarığı;
Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş qrafiki və Təkliflər:
İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.